• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1672
— 23.10.2023 10:26

Huawei yeni Kirin prosessorunu istifadəyə verəcək

Keçən il Huawei şirkəti bildirmişdi ki, 2023-cü ildə yeni Kirin prosessorları olmayacaq. Lakin şirkətin bir neçə müddət bundan öncə təqdim etmiş olduğu Huawei Mate 60 smartfon seriyasının modelləri məhz yeni Kirin prosessoru vasitəsilə çalışırlar. Söhbət, Kirin 9000s adlı prosessordan gedir. İndi isə insayderlər bildiriblər ki, şirkət yeni Kirin prosessorunu istifadəyə verməyə hazırlaşır. Məlumata əsasən yeni prosessor böyük ehtimal ilə Kirin 830 adını əldə edəcək. Məlumata əsasən sözügedən yeni prosessor bu ilin sonuna kimi təqdim olunacaq Huawei Nova 12 smartfon seriyasının tərkibində istifadəyə veriləcək. İnsayderlər bildiriblər ki, Kirin 830-un performans göstəriciləri Snapdragon 778G və Snapdragon 870 prosessorlarının performans göstəriciləri ilə eyni səviyyədədir. Kirin 830-un hansı şirkət tərəfindən istehsal ediləcəyi və prosessorun 5G dəstəyinə sahib olub-olmayacağı bilinmir.