Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir. Bundan başqa, Fransa müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı çirkin fəaliyyətini davam etdirir. Qərbi Azərbaycan İcması yaydığı bəyanatda bildirib ki, rəsmi Parisin Ermənistana silah verməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olması rəsmi Parisə hec cür sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır. Bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir. Qeyd edilir ki, Fransa “vasitəçilik” səylərində tam məğlubiyyətə uğradığı kimi, Ermənistanın silahlandırması siyasətində də uğursuzluğa düçar olacaq.
- Baxış: 209