• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1475
— 20.10.2023 15:35

“Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb

KepezTV Player

Abşeron rayonunda isə avtomat satmaq istəyən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Digah qəsəbəsi sakini 1992-ci il təvəllüdlü Qasımbala Balayev yaxalanıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Faktla bağlı Polis Bölməsində toplanan material Abşeron Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.