• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1485
— 20.10.2023 10:14

“Apple” Watch Series 1 smart saatının dəstəyini dayandırıb

Apple şirkəti çoxdan satışa çıxmış cihazlarını zaman-zaman artıq köhnəlmiş cihazlar siyahısına daxil edir. Bu cür məhsullar köhnəlmiş cihazlar siyahısına daxil olandan sonra artıq proqram təminatı yenilənmələrini əldə etmirlər. Üstəlik bu cihazların Apple şirkətinin rəsmi servis xidmətlərində təmirlərini də reallaşdırmaq mümkün olmur. Yəni faktiki olaraq Apple sözügedən cihazların dəstəklərini tamamilə dayandırır.

Məlum olub ki, Apple Watch Series 1 smart saatı bu cür cihazların siyahısına daxil olub. Qeyd etmək lazımdır ki, Apple Watch Series 1 smart saatı 2016-cı ildə təqdim edilmişdi. 2018-ci ildə isə Apple Watch Series 4 təqdim olunandan sonra Apple Watch Series 1-in istehsalı artıq dayandırılmışdı. Qeyd etmək lazımdır ki, Apple Watch Series 2 də Apple şirkətinin köhnəlmiş cihazlar siyahısına daxil edilmiş məhsuldur.