• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1582
— 19.10.2023 15:40

Qərbi Azərbaycana qayıdış milli prioritetdir

KepezTV Player

Gəncədə “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi – praktiki konfrans keçirilib. “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstək məqsədilə reallaşan tədbirdə ali təhsil müəssisələrində Qərbi Azərbaycan mövzusu üzrə ardıcıl işlərin görülməsinin vacibliyi qeyd edilib. İcra edilən konsepsiyanın tarixi Azərbaycan torpaqları ilə bağlı dövlətin məqsədyönlü fəaliyyətinin nəticəsi olduğu bildirilib, gələcəkdə böyük məqsədlərə çatmaq üçün olduqca vacib amil kimi dəyərləndirilib. Ulu Öndər Heydər Əliyev tərəfindən başladılan, bu gün ölkə başçısı tərəfindən davam etdirilən milli maraqlara söykənən siyasi kursun birmənalı olaraq Azərbaycanın tarixi ərazilərinə qovuşmasına gətirib çıxaracağına əminlik ifadə edilib.

Zaur Məmmədov- Bakı Politoloqlar Klubunun rəhbəri: “Tədbirin məqsədi ondan ibarət idi ki, əgər 30 il müddətində hamımız qarabağlıydıqsa və Qarabağın işğaldan azad edilməsi hər kəs üçün, həm dövlətin, həm xalqın milli ideyası və məqsədi idisə, bugündən sonra çox xoş haldır ki, cənab Prezident baxmayaraq ki, buna beynəlxalq ictimaiyyət imkan yaratmaq istəmirdi, baxmayaraq ki, beynəlxalq ictimaiyyət Xankəndidə Azərbaycan bayrağının qaldırılmaması üçün əlindən gələni edirdi, amma uca Azərbaycan dövləti bunu bacardı. Bundan sonra artıq Qərbi Azərbaycana qayıdış bizim milli prioritetimiz olmalıdır”.

Pərvin Abbaszadə