KepezTV Player
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Fuad Kərimov Ukraynadan ölkəmizə ekstradisiya edilib. Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə Fuad Kərimovun xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətlərini törətməsinə şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.
- Baxış: 232