• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1538
— 19.10.2023 11:41

Prezident Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

KepezTV Player

Qloballaşmanın vüsət aldığı və milli özünəməxsusluğu sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və yaşadılmasında Azərbaycan qadınlarının xidmətləri misilsizdir. Bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına müraciətində qeyd olunub. “Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi dövlətimizin suverenliyi və ərazi bütövlüyünün bərpası naminə döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir. Əminəm ki, qurultay aktual mövzulardakı ətraflı müzakirələri və dəyərli tövsiyələri ilə faydalı platforma rolunu oynayaraq, ölkəmizdə qadın hərəkatını milli prioritetlərdən irəli gələn vəzifələrin layiqincə həllinə istiqamətləndirəcək.”, - deyə məktubda bildirilib.

"Ulu Öndərin böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır"

Prezident İlham Əliyev 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin iştirakçılarına müraciətində isə qabaqcıl iş adamlarını işğaldan azad edilmiş doğma torpaqların bərpası və inkişafı üçün dövlət tərəfindən yaradılmış imkanlardan faydalanmağa, habelə biznes ideyalarını vahid məqsəd ətrafında birləşdirməyə dəvət edib. Sərginin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi dövrə təsadüf etməsinin vurğulandığı müraciətdə qeyd edilib ki, Ulu Öndər suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi. Onun böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır.