![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/playstation%205-in%20kicik%20ve%20yenilenmisi%20satisa%20cixib.jpg?itok=uzSN4qa4)
Sony şirkəti Playstation 5-in yeni versiyasını təqdim edib. Playstation 5-in yeni versiyası orijinal versiyadan 30% daha kiçikdir və 1 TB daxili yaddaş həcminə sahibdir. Bundan əlavə olaraq yenilənmiş Playstation 5 orijinal Playstation 5-in disk drive-a sahib versiyasından 18%, Digital versiyasından isə 24% daha yüngüldür. Məlumatda qeyd edilib ki, yenilənmiş Playstation 5 performans baxımından orijinal Playstation 5-dən heç də geridə qalmayacaq. Yenilənmiş Playstation 5 də iki versiyada satışa çıxacaq.
Onlardan biri disk drive-a sahib olacaq və 500$-a satılacaq. İkinci versiya isə disk drive-a sahib olmayacaq və 450$-a satılacaq. Lakin Disk drive-a sahib olmayan yenilənmiş Playstation 5-in alıcıları onun üçün nəzərdə tutulmuş Ultra HD Blu-ray disk drive-nı ayrıca ala biləcəklər. Bu halda disk drive konsolun gövdəsinə yerləşdiriləcək. Ayrıca disk drive-ın qiyməti 80$ təşkil edəcək. Yenilənmiş Playstation 5-in ABŞ-da satışlarına gələn ay start veriləcək. Daha sonra isə satışlar digər regionlarda da aktivləşdiriləcək.
- Baxış: 312