• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1362
— 18.10.2023 11:19

Avtomobildə sıxılıb qalan sürücü xilas edilib

KepezTV Player

Bakının Suraxanı rayonu ərazisində yol-nəqliyyat qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nəticədə vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA RİO” markalı minik avtomobilinin idarəetməni itirərək dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2001-ci il təvəllüdlü Cabbarov Laçın Aqil oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.