• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2040
— 17.10.2023 15:22

Qərbi azərbaycanlıların Zəngəzura qayıdışından danışılıb

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyəti, şəhər Ağsaqqallar şurası və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Qərbi Azərbaycana Qayıdışla bağlı konfrans təşkil edilib. Qərbi azərbaycanlıların öz doğma yurduna qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə səmərəli fəaliyyətinin önəmi konfrans iştrakçılarına çatdırılıb. Vurğulanıb ki, Qərbi Azərbaycan İcması soydaşlarımızın hüquqlarını müdafiə edən leqal təmsilçi kimi onların öz yurd-yuvalarına qayıtmaları istiqamətində beynəlxalq miqyasda uğurlu fəaliyyət göstərir.

Nurəddin Məmmədov- Gəncə şəhər Ağsaqqallar Şurasının sədri: “Qərbi Azərbaycan İcmasında prezidentimiz yığıncaqda xüsusi konsepsiya qəbul etmişdir. Qərbi azərbaycanlıların doğma yurdlarına qaytarılması məsələsi. Ona görə də biz istəyirik ki, bu sahədə qarşımızda duran vəzifələri müəyyənləşdirək və onun həyata keçməsi üçün cənab prezidentimizə dayaq olaq, kömək olaq və bu işlərin həyata keçməsinə çalışaq”.

Vüsalə Cənnətova