• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1057
— 17.10.2023 13:16

Prezident İlham Əliyev Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

KepezTV Player

Prezident İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyevin cari il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. 2020-ci il  Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəlinin işğaldan azad olunduğunu elan edib. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. “Füzuli Şəhər Günü” münasibətilə bu gün Azərbaycanda akreditə olunan diplomatik korpus nümayəndələrinin Füzuliyə səfəri təşkil edilib. Səfərdə 70-ə yaxın diplomat, habelə 30-a yaxın səfir iştirak edir. Diplomatik korpus nümayəndələri Şəhər günü ilə əlaqədar təşkil olunan tədbirlərdə iştirak edəcəklər, orada aparılan tikinti, quruculuq işləri ilə yerində tanış olacaqlar.