• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2045
— 17.10.2023 11:45

İsraildə həlak olan azərbaycanəsilli şəxslərin sayı 8-ə çatıb

KepezTV Player

HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan azərbaycanəsilli şəxslərin sayı 8 nəfərdir. Bu barədə Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə bildirib. İsrailin Azərbaycandakı səfirliyi etdiyi paylaşımda həlak olan azərbaycanəsilli şəxslərlə bağlı başsağlığı verib. Oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib. İsrail Müdafiə Ordusu Qəzza zolağında 200-dən çox hərbi obyektə bu gecə zərbələr endirildiyini açıqlayıb. Bundan başqa, İsrail qırıcıları HƏMAS-ın qərargahına zərbələr endirib.