• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2251
— 17.10.2023 11:11

Bakıda əl qumbaraları, partladıcılar və avtomat mərmiləri aşkarlanıb

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 4 ədəd 7,62mm-lik avtomat mərmisi, 18 ədəd 5,45mm-lik avtomat mərmisi və 2 ədəd penal avtomat təmizləyicisi olduğu müəyyən edilib. Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.