• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 17.10.2023 10:02

“OpenAI” öz süni zəka çiplərini hazırlamağı düşünür

Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti özünün süni zəka çiplərini hazırlamağı nəzərdən keçirir. Bunun sayəsində şirkət bazarda süni zəka prosessorlarının hazırlanması ilə məşğul olan istehsalçılardan asılılığını aradan qaldırmaq istəyir. Bu cür istehsalçılar siyahısına həmçinin NIVIDA şirkəti də daxildir. Bundan əlavə olaraq OpenAI bu üsul ilə özünü lazımi sayda süni zəka çipləri ilə təmin etmək istəyir. Reuters saytının verdiyi məlumata əsasən keçən il OpenAI şirkətində heç də ucuz qiymətə satılmayan süni zəka çiplərinin çatışmazlığı probleminin aradan qaldırılması üzrə müxtəlif müzakirələr aparılıb. Buna görə də şirkət fərdi süni zəka çipini hazırlamaq, NVIDIA kimi istehsalçılar ilə daha sıx əməkdaşlıq etmək və süni zəka prosessorlarının istehsalçılarının diversifikasiyası kimi variantları nəzərdən keçirir.

OpenAI şirkətinin öz süni zəka çipini hazırlayıb-hazırlamayacağı dəqiq bilinmir. Bu cür layihə hər il yüz milyonlarla dollar vəsait tələb edə bilər. Hətta bu cür vəsaitin sərf ediləcəyi halda müsbət nəticələrin əldə ediləcəyinə zəmanət verilmir. Bu prosesi süni zəka çiplərinin istehsalı ilə məşğul olan hansısa şirkətin alınması vasitəsilə sürətləndirmək olar. Məlumata əsasən OpenAI hətta bu cür variantı da nəzərdən keçirib.