• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2032
— 17.10.2023 09:34

Gədəbəydə polisə silahlı müqavimət göstərməyə cəhd edən şəxslər saxlanılıblar

KepezTV Player

Oktyabrın 16-ı saat 21:00 radələrində Gədəbəy rayonu, Sarıhasanlı kəndində evlərin birindən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərməyə cəhd edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən bildirilib ki, əvvəllər məhkum olunan, Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olan Hüseynov Nəsib Qayıb oğlu və onunla birlikdə olan - barəsində qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə cinayət icraatı olan 1976-cı il təvəllüdlü Cəfərov Elman Əvəz oğlu, eləcə də 1967-ci il təvəllüdlü Cəfərov Nəriman Ələsgər oğlu Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılarkən odlu silahla müqavimət göstəriblər. Polis əməkdaşlarının çevikliyi nəticəsində silahlı müqavimət cəhdinin qarşısı alınıb, Nəsib Hüseynova tabel silahı tətbiq edilməklə saxlanılıb. Ayaq nahiyəsindən xəsarət alan Hüseynov nəzarət qaydasında ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib. Həyatı təhlükəsi yoxdur. Hadisə yerindən cinayət aləti olan tüfəng götürülüb. Faktla bağlı araşdırma aparılır.