• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 16.10.2023 10:15

“Samsung” 2 yeni kamera sensoru üzərində çalışır

İnsayderlər “Samsung” şirkətinin hazırladığı yeni kamera sensorları barəsində məlumatlar veriblər. Verilmiş məlumatlarda qeyd edilib ki, şirkət hal-hazırda iki ədəd 432 MP-lik kamera sensoru üzərində çalışır. Artıq çoxlu sayda aparılmış testlər çəkilən fotoların keyfiyyətlərinin MP sayından asılı olmadıqlarını göstəriblər. Lakin görünür, Samsung bu mövzuda tamam fərqli fikirə sahibdir. Məlumata əsasən “Samsung” öz yeni kamera sensorlarını “ISOCELL HW” seriyası altında təqdim edəcək. Onlardan biri “ISOCELL HW1”, digəri isə “ISOCELL HW2” adını əldə edəcək. Onlardan hər biri 432 MP-lik olacaq. Lakin onlar ölçü baxımından fərqlənəcəklər. Belə ki, “ISOCELL HW1” kamera sensoru 1/1.05 düym ölçüyə, ”ISOCELL HW2” kamera sensoru isə 1/1.07 düym ölçüyə sahib olacaq.