• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1681
— 14.10.2023 14:02

İşğaldan azad olunan əraizlərdə 2021-2023-cü illərdə 105 layihənin təməli qoyulub

KepezTV Player

İşğaldan azad olunan əraizlərdə 2021-2023-cü illərdə 105 layihənin təməli qoyulub, onlardan 63-ü müxtəlif təyinatlı obyektlərdir ki, açılışı baş tutub. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sözlərinə görə, həmin ərazilərə 2717 nəfər keçmiş məcburi köçkünün qayıdışı təmin edilib. İlin sonuna kimi isə 5300 şəxsin qayıdışı nəzərdə tutulub. Samir Nuriyev qeyd edib ki, azad olunan ərazilərdə ən ağrılı məsələlərdən biri də mina təhlükəsidir. 44 günlük müharibədən sonrakı dövrdə Qarabağda qalan Ermənistanın hərbi birləşmələri perimetr üzrə böyük bir ərazini yenidən minalayıb və bu da həllini gözləyən məsələlərdən biridir.