• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1259
— 14.10.2023 12:18

HƏMAS qruplaşmasının onlarla silahlısı məhv edilib

KepezTV Player

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib. İsrail Müdafiə Ordusundan bildirilib ki, bir neçə hədəf vurulub, HƏMAS qruplaşmasının onlarla silahlısı, həmçinin Qəzzada HƏMAS-ın Hərbi Hava Qüvvələrinin rəhbərlərindən olan Murad Əbu Murad məhv edilib. Oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb. İsrail Müdafiə Ordusu təsdiq edir ki, 120-dən çox mülki şəxs Qəzzada HƏMAS terror təşkilatının əsirliyindədir.