Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəliyi tərəfindən "Tarixi torpaqlarımıza qayıdacağıq" adlı tədbir keçirilib. Ötən əsrdə dəfələrlə soydaşlarımızın indiki Ermənistan ərazisindən qovulduğuna diqqət çəkilib, soyqırımlara məruz qaldığı vurğulanıb. Son 200 illik tarix ərzində ilk dəfə işğal altında olan torpaqlarımızın azad edildiyi, Vətən müharibəsi nəticəsində ərazi bütövlüyü və suverenliyimizin bərpa olunduğu qeyd edilib. Bundan irəli gələrək Qərbi Azərbaycanlıların da öz doğma yurdlarına qayıtmaq imkanlarının yarandığı və bu istiqamətdə fəal işlərin görüldüyü bildirilib. İcma şəklində birləşən soydaşlarımızın yerli və beynəlxalq çərçivəsində dayanmadan təbliğat işi aparmasının əhəmiyyətinə toxunulub.
Mübariz Yusifov- QAİ-nin Gəncə şəhəri üzrə nümayəndəsi: "İcmanın başlıca vəzifəsindən biri bundan ibarətdir ki, insanlarda inam yaradaq ki, xüsusən də gənclərdə inam yaratmalıyıq ki, o torpaqlar bizim əzəli torpaqlardır. Bizim qədim tarixlərimizdə kitablarımızda, mənbələrimizdə o yerlərin adları mövcuddur və cənab prezidentimizin dediyi kimi o torpaqlara biz gec-tez qayıdacağıq. O torpaqlar bizimdir və onu heç kəs unutmamalıdır".
- Baxış: 171