• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1661
— 13.10.2023 10:50

Noutbuk istehsalçıları öz istehsalatlarını Çindən köçürmək istəyirlər

Bir çox texnoloji brendlər öz istehsalat proseslərini məhz Çində reallaşdırırlar. Bunun isə əsas səbəbi istehsalat xərclərinin aşağı olması və elektron cihazlar üçün nəzərdə tutulmuş komponentlərin istehsalı ilə məşğul olan şirkətlərin çoxusunun məhz Çində yerləşməsindədir. Lakin ABŞ ilə Çin arasında olan “ticarət müharibəsi” səbəbilə texnoloji brendlər öz istehsalat proseslərini Çindən digər ölkələrə keçirtmək məcburiyyətində qalırlar. Digitimes saytı öz növbəsində noutbuk istehsalçılarının öz istehsalat proseslərini digər ölkələrə keçirdən zaman qarşılaşdıqları problemlərdən danışıb. Digitimes misal olaraq Dell şirkətini gətirib.

Sözügedən şirkət Çində istehsalat həcminin aşağı düşməsindən sonra öz istehsalat prosesini Vyetnama keçirtmək qərarına gəlib. Məlum olub ki, əsas problem istehsalat prosesində iştirak edən insanların ixtisaslaşma səviyyələrində və təchizat zəncirlərindədir. Məsələn əgər zavod bir neçə il ərzində çalışırsa, o artıq xammal və komponent təchizatçısına sahibdir. İstehsalat prosesinin köçürüldüyü yerdə isə şirkət partnyorların axtarışını yenidən reallaşdırmalı olur. Lazımi partnyorların olmadıqları halda isə şirkət lazımi komponentlərin çatdırılmasında yaranan problemləri fərdi şəkildə həll etməli olur.

Nəticədə istehsalat xərcləri artır və bundan daha çox istehlakçılar zərər çəkirlər. Bu problemlər səbəbilə Dell şirkəti Çindən kənarda planlaşdırdığı istehsalat prosesini 1 rüblük təxirə salmalı olub. Çindən getmək qərarını qəbul etmiş şirkətlər yalnız bir səbəbə görə riskə getməkdən qorxmurlar. Belə ki, Çin ilə ABŞ arasında olan gərgin münasibət səbəbilə Çinin yerli təchizat zənciri istənilən halda təhlükə altındadır. Bu səbəbdən də brendlər belə nəticəyə gəlirlər ki, Çindən asılı olmayan logistika sayəsində daimi təchizat və xammal axınını təmin etmək mümkün olacaq. Lakin bunun üçün illərlə vaxt və milyardlarla dollar investisiyalar lazım ola bilər.