• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 13.10.2023 09:17

“BMT missiyası Qarabağdakı erməni sakinlərə qarşı pis rəftar hallarının olmadığını təsdiqləyib”

KepezTV Player

“Sentyabrın 29-da Azərbaycanın dəvəti ilə BMT missiyasının Qarabağa ilk səfərindən əldə edilən məlumatlar təsdiq edir ki, Qarabağın erməni əhalisinə qarşı pis rəftarla bağlı bir hal qeydə alınmayıb”. Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Haaqada Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə keçirilən iclasda deyib. “Bu, BMT-nin son 30 ildə Qarabağdakı ilk missiyası idi. Azərbaycan və BMT 90-cı illərin əvvəllərində azərbaycanlılara qarşı etnik təmizləməni sənədləşdirmək üçün işğal illərində dəfələrlə bu ərazilərə çıxış əldə etməyə cəhd göstərib, lakin Ermənistan dəfələrlə BMT-yə və ya hər hansı digər dövlətə imtina edib”-deyə, o bildirib. Onun sözlərinə görə, ilk səfər zamanı BMT nümayəndələri yerli əhali ilə görüşüb söhbət ediblər, humanitar yardım və tibbi xidmətlərlə tanış olublar. Onlar mülki və ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini binalara heç bir ziyanın dəymədiyini qeydə alıblar. Oktyabrın 9-10-da BMT missiyasının Qarabağa ikinci səfəri də olub.