• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1933
— 11.10.2023 20:52

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

KepezTV Player

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən birgə iclasın gündəliyində ölkənin neft-qaz hasilatı sahəsində cari vəziyyət və perspektivlər, o cümlədən, SOCAR-ın və ümumilikdə respublikanın neft-qaz sektorunun uzunmüddətli inkişaf planları, gələcək hasilat proqnozları, Heydər Əliyev adına Neft Emalı Zavodunun Yenidənqurma və Modernizasiya Layihəsinin icra vəziyyəti müzakirə olunub.