• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1354
— 11.10.2023 14:45

Qərbi Azərbaycan İcması: “Geri qayıdaraq erməni cəmiyyətinə reinteqrasiya etmək istəyirik”

KepezTV Player

“Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılması insanlıq əleyhinə cinayət, etnik təmizləmə idi”. Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar xatırladıb ki, ötən əsr boyunca qərbi azərbaycanlılar dörd dəfə 1905-1906, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə qırğın və deportasiyalara məruz qalıblar. Bu gün qərbi azərbaycanlılar zorla çıxarıldıqları el-obalarına sülh yolu ilə geri qayıdaraq orda dinc, yanaşı yaşamaq, erməni cəmiyyətinə reinteqrasiya etmək, öz əzizlərinin məzarlarını ziyarət etmək istəyirlər. “Bu, bizim fundamental insan haqqlarımızdır. Bununla bağlı Ermənistan tərəfinə etdiyimiz və cavabsız qalan müraciətin tezliklə cavablandırılmasına çağırırıq”, - deyə Ülviyyə Zülfiqar qeyd edib.