• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1271
— 11.10.2023 10:13

Okeandakı mikroplastik tullantıların əsas mənbəyi təyin edilib

Alimlər uzun sürən araşdırmalardan sonra yağışlar zamanı kijuç balığının nəyə görə öldüyünü təyin ediblər. Səbəb avtomobil təkərlərində imiş. Məsələ burasındadır ki, yağış avtomobil təkərlərindəki mikroplastiki yuyaraq okeana ötürür. Orda isə mikroplastik tullantılar balıqlara mənfi təsir göstərirlər. Lakin bu, avtomobil təkərlərinin təbiətə və insana qlobal təsirlərinin yalnız kiçik bir hissəsidir. Məlum olub ki, avtomobil təkərləri dünya okeanındakı mikroplastik tullantıların 78%-nin mənbəyinə çevrilib. Mikroplastikin okeanda mövcud olması faktından əlavə olaraq təkərlərin və okeandakı təkər hissəciklərinin tərkiblərində olan 6PPD adlı maddə də təbiətə mənfi təsir göstərir. Bu maddə avtomobil təkərlərini çatlamalardan qoruyur.

Lakin sözügedən maddə balığın orqanizminə daxil olandan sonra onun ölümünə səbəb ola bilər. Bu maddə təkcə okeandakı plastik tullantıların tərkiblərində mövcud deyil. Təkər hissəcikləri avtomobillərin hərəkətləri zamanı daimi olaraq havaya da ifraz edilir. Bu göstərici hər il bütün dünyada 6 milyon ton təşkil edir. Bununla belə elektromobillərin təkərləri 20% daha çox mikroplastik tullantı ifraz edirlər. 6PPD tərkibli mikroplastik tullantıların ölçüləri o dərəcədə kiçikdir ki, onlar nəfəsalma yolu ilə ağciyərlərə, damarlara və nəticədə beyinə daxil ola bilirlər. Onlar damar və xərçəng xəstəliklərinə səbəb ola bilirlər.

Analitiklərin sözlərinə əsasən əsas problem ondan ibarətdir ki, ümumilikdə təkərlər 100 dəfə daha çox uçucu üzvi birləşmələr ifraz edirlər, nəinki avtomobilin eqzos borusu. Lakin eqzos boruları üçün qanuni tələblər olduğu halda avtomobil təkərləri üçün hələ də normativ tələblər mövcud deyil. Buna görə də təkər istehsalçıları daha ekoloji təmiz təkərlərin istehsalı ilə məşğul olmalıdırlar. Digər tərəfdən 2025-ci ildə artıq Avro-7 standartı qəbul edilməlidir və bu standart çərçivəsində hətta avtomobil təkərlərindən olan tullantılar da ciddi şəkildə tənzimlənəcək.