• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 10.10.2023 12:05

Azad edilən ərazilərdə mədəni irs nümunəsinin 95 faizi dağıdılıb

KepezTV Player

İşğaldan azad edilmiş ərazilərə 705 tarix və mədəniyyət abidəsi qeydiyyata alınıb. Lakin çoxsaylı dövlət qeydiyyatına alınmayan tarixi və arxeoloji daşınmaz mədəni irs obyektləri də mövcuddur. Mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib ki, dövlət tərəfindən həyata keçirilən bütün önəmli addımlara baxmayaraq, mədəni irsin dağıdılmaqdan xilas etmək mümkün olmayıb. Bunun da səbəbi Ermənistanın Azərbaycana qarşı davam edən 30 illik işğalçılıq siyasəti olub. Nazir müavini qeyd edib ki, azad edilən ərazilərdə aparılan monitorinqlər nəticəsində 2600-dən çox mədəni irs nümunəsinin 95 faizi dağıdılıb, vandalizmə və ya özünküləşdirməyə məruz qalıb. İşğal faktoruna son qoyulmasından 3 il keçməsinə baxmayaraq, hələ də monitorinqlər yekunlaşdırılmayıb. Bunun da səbəbi ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə minalanmasıdır.