• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1731
— 10.10.2023 08:57

Baş prokuror Kamran Əliyev Gəncədə səfərdədir

KepezTV Player

Baş prokuror Kamran Əliyev Gəncə səfəri çərçivəsində şəhər rəhbərliyi ilə birlikdə Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib. Kamran Əliyev Qələbə parkında memorial kompleksi ziyarət edib, ermənilərin raket hücumu nəticəsində dağılan ərazi ilə tanış olub. Orada erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül dəstəsi düzüb.