KepezTV Player
Türkiyə Ermənistandan ağıl və reallığa əsaslanan, sülh, təhlükəsizlik və rifaha yönəlmiş bir siyasət gözləyir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib. O qeyd edib ki, Ermənistan başda Zəngəzur dəhlizinin açılması olmaqla, vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır. Ərdoğan, həmçinin, İranı “regionda sülh və sabitliyin bərqərar olması üçün siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə birlikdə hərəkət etməyə çağırıb.
- Baxış: 144