Hər il oktyabrın 9-u Ümumdünyada Poçt Günü kimi qeyd olunur. Yarandığı vaxtdan ötən illər ərzində təkmilləşən poçt xidməti artıq qeyri-ənənəvi xidmətləri ilə də sakinlərin tələbatını ödəməyə çalışır.
Gəncədə poçt xidmətindən gündəlik onlarla insan yararlanır. Əhaliyə poçt xidmətləri ilə yanaşı, maliyyə, innovativ ödənişlər, göndərişlərin izlənilməsi, postkargo xidmətləri də göstərilir.
Natiq Məmmədov- şəhər sakini: “Burada bilirsiniz ki, ödənişlər də həyata keçirilir - dövlət rüsumları və kommunal ödənişlər. Çox yüksək səviyyədə. Mən şəxsən Mərkəzi Poçt Şöbəsindən daimi istifadə edirəm. Xüsusən də məktub göndərişi xidmətindən”.
Təranə Muradova- şəhər sakini: “Tez-tez gəlirik bura. İstər qazdan, işıqdan, istər ödənişdən, göndəriş məktublarından telegramalardan ötrü”.
Bu gün “Azərpoçt”un Gəncədə fəaliyyətdə olan 19 şödəsindən gündəlik 150-200 nəfər yararlanır. Daha çox kommunal ödənişlərin reallaşdırılması və bağlamaların qəbulu və göndərilməsi kimi xidmətlərdən yararlanılır.
Rasim Qurbanov- şəhər sakini: “Mən burda kommunal ödənişlər edirəm. Çox yüksək səviyyədədir. Azərpoçta inanıram. Terminala inanmıram. Ordan ödəniş eləsəm, xarab olsa adam axtarmalıyam, düzəltsin baxsın. Amma bu poçta həm də öyrəşmişik”.
Nübubət Qurbanova- şəhər sakini: “Həmişə bu poçtdan istifadə eləmişəm. Bu gün gəlmişəm bu məhsulu göndərirəm Naxçıvana. İndi demişəm dedilər növbədə gözləyin. Sonra göndərəcəm. Burdakı şəraitdən indiyə kimi razı qalmışıq”.
“Azərpoçt”un Gəncə şöbələrində də qeyri-ənənəvi və poçt-maliyyə xidmətləri göstərilir. Tələbata uyğun olaraq xidmət profoili genişləndirilir.
Afaq İbrahimova- “Azərpoçt” MMC-nin mətbuat katibi: “İstər biznesin dəyişilməsi ilə bağlı olsun, istər poçt işinin təşkili ilə, istərsə də xidmətin keyfiyyətinin artırılması ilə bağlı olsun 2001-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC də transformasiya prosesləri ilə yanaşı postkargo, ritiel, logistika kimi irihəcmli layihələrə də start verilib. Qısaca deyim ki, postkargo “Azərpoçt”un bu günə kimi gördüyü işin yeni bir müstəviyə daşınmasına yəni kargo xidmətinə keçid demək idi. Ritiel qolu altında biz ölkədə müxtəlif bizneslərin və ya sahibkarların məhsullarının ölkə boyu yerləşən şöbələrimizdə vətəndaşlara təqdim edilməsini təmin edirik. Logistika qolu altında isə “Azərpoçt” ölkə boyu öz tərfdaşlarına çatdırılma xidmətini təqdim edir”.
Poçt şöbələrinin kompüterləşməsi, texniki avadanlıqlarla təchizatı və informasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi göstərilən xidmətlərin keyfiyyətini artırır və etibarlılığına təminat verir.
Aişə Rzayeva
- Baxış: 297