Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. İki ölkə arasında əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb. Ermənistan tərəfinin sülh prosesinə ciddi təhlükə altına alan, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bəyanat, ritorika və təxribatlarının hələ də davam etdirildiyini diqqətə çatdıran nazir Ceyhun Bayramov bu kimi addımların regionda davamlı sülhün bərqərar edilməsinə yönələn səy və təşəbbüslərə xələl gətirdiyini bildirib. Nazir Azərbaycan hökuməti tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası üzrə aparılan işlər barədə məlumat verib, hazırda tərəfimizdən yaradılmış elektron portal vasitəsilə yerli erməni sakinlərin qeydiyyatı prosesinin aparıldığını diqqətə çatdırıb. Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin onların könüllü və fərdi qərarı əsasında baş verdiyi, bu addımın hər hansı bir məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı diqqətə çatdırılıb.
- Baxış: 208