• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1568
— 08.10.2023 21:02

Prezident İlham Əliyev: Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb

KepezTV Player

Prezident İlham Əliyev: Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb​

Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk. Əsrlər boyu xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşayıb, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz, bölgə üçün, ilk növbədə Cənubi Qafqaz üçün çox vacib şərtdir”. Bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında bildirib. "Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb", - deyən dövlətimizin başçısı Azərbaycanın və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

 "Azərbaycanın və Gürcüstanın icra etdiyi layihələr Avrasiya qitəsi üçün böyük məna daşıyır"
Prezident İlham Əliyev Azərbaycan və Gürcüstanın həm enerji, həm də nəqliyyat sahəsində böyük planlarının olmasından da söz açıb. 
.

Gürcüstanın Baş naziri: Anakliya dəniz limanının inşasına başlayacağıq
Azərbaycanın Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biri olduğuna diqqəti çəkən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ötən dövr ərzində ticarət dövriyyəsinin 15 faiz artdığını bildirib. O, həmçinin ilin sonuna qədər Gürcüstanda dəmir yolu rabitəsinin genişləndirilməsinin başa çatdığını açıqlayıb. Bu da Bakı-Tbilisi-Qars nəqliyyat marşrutunun imkanlarını əhəmiyyətli dərəcədə artıracaq 

 

Prezident İlham Əliyev və İrakli Qaribaşvili fotosərgi ilə tanış olublar
Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar. Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunub.