KepezTV Player
Azərbaycan Xarici İşlər NazirliyiƏfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib. "Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndirdi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqının yanındadır", - deyə başsağlığında qeyd edilib.
Oktyabrın 7-də Əfqanıstanın qərbində baş vermiş zəlzələdə həlak olanların sayı 2,4 min nəfəri ötüb.
- Baxış: 187