• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1481
— 07.10.2023 14:45

İtkin düşmüş şəxslərə aid ehtimal edilən məzar yerlərində ekshumasiya işləri aparılacaq

KepezTV Player

Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, o cümlədən Natiq Qasımovun dəfn yeri barədə məlumatları gizlədib və bu gün də bu qeyri-insani əməlini davam etdirir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, etibarlı mənbələrdən əldə edilən məlumata əsasən, səhra komandiri Vitali Balasanyan qorxmaz Azərbaycan əsgəri Natiq Qasımovu ağır və dəhşətli işgəncələr verərək qətlə yetirib. Dövlət Komissiyası I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, həmçinin Natqi Qasımovun axtarışlarını davam etdirir. Ehtimal etmək olar ki, onun meyiti Xocalı rayonu ərazisində dəfn edilib. Dövlət Komissiyası işğaldan azad edilmiş bütün ərazilərimizdə, həmçinin Xocalıda I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid ehtimal edilən məzar yerlərində qazıntı və ekshumasiya işlərini aparacaq.