• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1858
— 07.10.2023 12:52

Qərbi Azərbaycan İcması: ATƏT tarixin arxivinə getmiş yanaşmasından hələ də tam xilas olmayıb

KepezTV Player

Qərbi Azərbaycan İcması ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin açıqlamasını yersiz hesab edir. “Bəyanatın ruhundan görünür ki, ATƏT özünün kif basmış, tarixin arxivinə getmiş yanaşmasından hələ də tam xilas olmayıb. Osmaninin diqqətinə çatdırırıq ki, Azərbaycan ərazisində “Stepanakert” adlı bir ərazi yoxdur. “Mübahisələrin güc yolu ilə həlli qəbuledilməzdir” deyən ATƏT nəyə görə 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərinin işğalını, etnik təmizləmə siyasətini pisləməyib? Əminik ki, ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan cəmiyyətində ATƏT-in imici barədə kifayət qədər məlumatlıdır və bu mənada, onu öz açıqlamalarında diqqətli və məsuliyyətli olmağa çağırırıq”, - deyə Qərbi Azərbaycan İcmasından bildirilib.