• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1070
— 06.10.2023 16:29

Ombudsman Babayan Davit Klimoviçi konfidensial qaydada qəbul edib

KepezTV Player

Ombudsman növbəti başçəkmə çərçivəsində təqsirləndirilən şəxs Babayan Davit Klimoviçi konfidensial qaydada qəbul edib. Babayan fərdi qaydada dinlənilib, onun saxlanma şəraiti və rəftar məsələləri, qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının təmin olunma vəziyyəti araşdırılıb. Müraciətləri Ombudsman tərəfindən yerində cavablandırılıb. Şəxsi istifadə üçün eynəklə, kitabxanadan istifadə və informasiyaya çatım imkanları ilə təmin olunub. Babayan saxlanma şəraitindən şikayət etməyib, müəssisəyə daxil olduğu zaman tibbi müayinədən keçdiyini qeyd edib. O, hüquqlarının müdafiəsi məqsədilə vəkillə təmin olunub.