• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1572
— 06.10.2023 10:15

“Neuralink” beyin implantını insanlar üzərində test edəcək

Görünür, Elon Musk-ın “Neuralink” şirkəti öz beyin implantını insanlar üzərində test etməyə artıq hazırdır. Belə ki, şirkət öz saytında bu prosesdə iştirak edəcək könüllülərin axtarışı ilə bağlı elan yerləşdirib. Elanda könüllülərə olan tələblər və təcrübədə nələrin olacaqları qeyd edilib. Şirkətin “Neuralink N1” adlı çipi qəpik ölçüsündə olan çipdir və o, 64 ədəd nazik elektrod vasitəsilə birbaşa beyinə qoşulur. 64 elektroddan hər biri isə beyində hərəkət niyyətindən cavabdeh olan hissələrə yeridilir.

Beləliklə bu cür beyin implantına sahib olan pasient hərəkət etmək istədikdə implantın siqnal qəbuledicisi beyin siqnalını əldə edəcək və onu hansısa elektron cihaza ötürəcək. “Neuralink” öz növbəsində bu təcrübədə iştirak edəcək insanların axtarışına start verib. Şirkət yan amiotrofik skleroza sahib və ya əlləri ilə ayaqları iflic olmuş 22 və ondan daha yuxarı yaş kateqoriyasına daxil olan şəxsləri axtarır. Gözləntilərə əsasən iflic olmuş pasientlər şirkətin beyin implantı vasitəsilə elektron cihazları idarə edə biləcəklər.

Şirkət tərəfindən aparılacaq təcrübə həmçinin beyin implantının və elektrodların beyinə yerləşdirilməsi üçün nəzərdə tutulmuş R1 adlı robotun təhlükəsizliklərinin yoxlanılmasına istiqamətlənib. Məlumatda qeyd edilib ki, “Neuralink”in bu təcrübəsi 6 il ərzində davam edəcək. Bu müddət ərzində beyin implantına sahib olacaq pasientlər daimi şəkildə nəzarət altında olacaqlar. Şirkət əməliyyat və nəzarət ilə bağlı xərcləri öz üzərinə götürür.