• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1750
— 05.10.2023 15:18

Ozon təbəqəsindəki dəlik rekord ölçüyə çatıb

Alimlər Antarktidada hər il əmələ gələn dəliyin rekord həddə çatdığını açıqlayıblar. Tədqiqatçılar sentyabrın 16-da çəkilmiş peyk görüntülərindən bəzi ölçmələr əldə ediblər. Sözügedən ölçmələr ozon təbəqəsinin incəldiyi ərazinin 26 milyon kvadrat kilometrə çatdığını göstərir. Sentyabr ilə oktyabrın ortaları arasında nəzərəçarpacaq bir ölçüyə çatan ozon dəliyi avqust ayından başlayaraq sürətlə böyüyüb. O, ən böyük ozon dəliklərindən birinə çevrilib. Yerin müşahidə proqramına görə, stratosferdə ozon təbəqəsini məhv edən maddələrin olması və bölgənin xüsusi şəraiti səbəbindən hər il Antarktida üzərində ozon dəliyi əmələ gəlir.