Gəncədə Beynəlxalq Müəllim Günü münasibətilə “Öyrətmənin sirri və ya “yaxşı müəllimin sirri nədən ibarətdir?” mövzusunda tədbir keçirilib. Pedaqoqlara peşə bayramı münasibətilə təbriklər ünvanlanıb. Şəhərdə 42 minə yaxın şagirdə 3336 müəllimin bilik öyrətdiyi, onlardan da min nəfərə yaxınını gənclərin təşkil etdiyi vurğulanıb. Təhsilə dövlət qayğısından söz açılaraq yeni təhsil ocaqlarının tikilərək istifadəyə verildiyi, bu tədris ilində daha 2 məktəbdə əsaslı təmir işlərinin aparılmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb. Gəncədə 45 orta məktəb və 3 internat tipli gimnaziya fəaliyyət göstərir. Tədbirdə bir qrup pedaqoqa təşəkkürnamələr və hədiyyələr təqdim edilib, şagirdlər hazırladıqları kompazisiyalarla müəllimlərini təbrik ediblər.
- Baxış: 226