• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1979
— 05.10.2023 10:41

Google “Chromebook”ların dəstək müddətlərini uzadıb

Google şirkəti “Chromebook sahiblərinə yaxşı xəbər verib. Belə ki, şirkət bu cihazların dəstəklərini 10 il müddətinə uzadıb. Beləliklə 2021-ci ildən sonra satışa çıxmış hər bir Chromebook 10 il ərzində hər ay təhlükəsizlik yenilənməsini əldə edəcək. Qeyd etmək lazımdır ki, şirkət daha öncə “Chromebook”ların dəstəklərini 8 il ərzində reallaşdırırdı. Lakin nəzərə almaq lazımdır ki, dəstək müddəti cihazın alıcı tərəfindən əldə edilməsindən sonra deyil, cihazın sertifikatlaşdırılmasından sonra başlayır. Chromebook isə adətən təhsil sahəsində istifadəyə edildiyi üçün bu cür cihazların alınmasına və ayarlanmasına sərf edilən zaman səbəbilə rəsmi dəstək müddəti 5 il davam edir. “Chromebook”ların dəstək müddətlərinin uzadılması öz növbəsində təhsil müəssisələrinə və təşkilatlara bu mövzuda qənaət etmək imkanını verəcək.