• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1601
— 04.10.2023 10:23

“Arm” öz fərdi prosessorlarını hazırlayacaq

Arm şirkəti prosessorlar bazarındakı mövqelərini genişləndirməyə hədəflənib. Qeyd etmək lazımdır ki, Arm kənar şirkətlərə prosessor nüvələrini təqdim edir. Həmin şirkətlər isə Arm-in nüvələri əsasında öz prosessorlarını hazırlayırlar. Lakin məlum olub ki, Arm də fərdi prosessorların istehsalı ilə məşğul olacaq. Şirkət öz prosessorlarını hazır məhsul kimi satacaq.

"Konkret istifadə halları üçün optimizasiya edilmiş prosessor həllərini təqdim etməklə biz, bütün sistemin səhvsiz çalışmasına və maksimal performansı təmin etməsinə zəmanət verə bilərik. Eyni zamanda nüvələrin əvəzinə prosessorlar hazırlamaqla biz, bizim müştərilərimiz üçün ola biləcək risklərə investisiyaları kəskin şəkildə azaltmış oluruq. Üstəlik bu halda biz daha çox gəlir əldə edirik", - deyə Arm qeyd edib.

Şirkət özünün fərdi prosessor istehsalı mövzusunda ətraflı məlumat verməyib. Sadəcə güman etmək olar ki, şirkətin prosessorları geniş tətbiq sahəsinə sahib olacaqlar. Bəzi insayderlərin fikirlərinə əsasən Arm-in bu cür qərarı kənar istehsalçıları artıq nüvələr üçün deyil, hazır prosessorlar üçün lisenziyaların əldə edilməsinə məcbur edəcək. Bu isə öz növbəsində istehsalçılara daha baha başa gələcək.