• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1272
— 03.10.2023 20:07

"Xəzri-2023" birgə taktiki təliminin məşqləri icra olunub

KepezTV Player

Azərbaycan və Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinin gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi davam edir. Əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar, onların icra ardıcıllığı və digər zəruri məlumatlar verilib. Sonra hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və gəmiləri ilə müxtəlif epizodlar üzrə tapşırıqlar məşq etdirilib, həmçinin onlar arasında döyüş uzlaşması həyata keçirilib. Təlim məşqlərinə cəlb olunan heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.