• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1284
— 03.10.2023 10:22

MediaTek Dimensity 9300 prosessorunda problem aşkarlanıb

MediaTek şirkətinin yaxın zamanda təqdim edəcəyi Dimensity 9300 prosessoru bazarda ən güclü mobil prosessorlardan biri olmalıdır. Lakin internetdə sözügedən prosessorun ciddi problemi barəsində məlumat ortaya çıxıb. Belə ki insayderlərin sözlərinə əsasən bu prosessorun əsas üstünlüyü onun əsas probleminə çevrilib. Məlumatda qeyd edilib ki, Dimensity 9300-ün mühəndis nümunələri ştat tezliklərdə çalışma çərçivəsində yüksək qızmaya məruz qalıblar. Məlumata əsasən bunun əsas səbəbi prosessorun qeyri-standart konfiqurasiyaya sahib olmasındadır.

Performanslı və enerji effektivliyi nüvələrinin kombinasiyası əvəzinə şirkət bu prosessorda 4 ədəd Cortex-X4 nüvəsi ilə 4 ədəd güclü Cortex-720 nüvəsinin kombinasiyasından istifadə edib. İnsayderlərin sözlərinə əsasən bu cür konfiqurasiyaya sahib 4 nanometrlik prosessor sözün əsl mənasında yüksək performans sərgiləyib. Lakin digər tərəfdən prosessor eyni zamanda yüksək qızmaya məruz qalır. Bəzi məlumatlara əsasən şirkət CPU-nun çalışma tezliyini aşağı salmaq məcburiyyətində qalacaq. Bu isə öz növbəsində prosessorun performans göstəricisinə təsir edəcək. Digər bir variant kimi bu problemi aradan qaldırmağın yolunu tapmaq üçün şirkət prosessoru müəyyən müddətlik təxirə də sala bilər.