• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1827
— 03.10.2023 09:06

Türkiyə Ermənistandakı Metsamor AES-in bağlanmasını tələb edib

KepezTV Player

Türkiyə Böyük Millət Məclisinin iclasında Beynəlxalq Atom Enerjisi Agentliyinə Ermenistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası ilə bağlı tədbir görülməsi tələbi ilə müraciət edilib. Vurğulanıb ki, həmin atom elektrik stansiyası Türkiyə sərhədlərindən 16 km aralıda yerləşir. Beynəlxalq Atom Enerjisi Agentliyi və Avropa İttifaqı stansiyanın bütün region üçün risk faktoru olduğunu, zavodun təhlükəsizlik statusunun müasir texniki standartlara cavab vermədiyini müəyyən edib. İclasda bu məlumat əsas götürülüb.