"Şuşada yaşayışın təmin olması üçün qısa müddətdə şərait yaradılacaq. İlk mərhələdə 400-ə yaxın ailənin köçürülməsi təmin olunacaq. Eyni zamanda Şuşadakı tarixi abidələrin bərpası da davam edir". Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda belə deyib. Hətta ikinci dünya müharibəsindən sonra dünyada bu səpkidə irimiqyaslı reabilitasiya layihələrinin olmadığını Qarabağın bərpasının çox unikal, özünəməxsus bir keys olduğunu vurğulayıb.
Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov: Şuşa şəhərində ilk yaşayış kompleksinin inşası bu ilin sonunda yekunlaşacaq.gələn il daha 17 binadan ibarət yaşayış kompleksinin inşasına başlanılacaq. Prosesin qısa müddətdə yekunlaşmasına çalışacayıq. 10 binadan ibarət mərkəzi küçə gələn ilin may-iyun aylarında istifadəyə veriləcək. Növbəti bir neçə il ərzində Şuşa şəhərində bütün küçələrdə infrastruktur tam hazır olacaq.Şuşada abidələrin, xüsusilə də dini abidələrin bərpası uğurla davam etdirilir.Güman edirəm ki, gələn il İslam dünyasının Mədəniyyət paytaxtı ili üçün Aşağı Gövhərağa məscidinin bərpası yekunlaşacaq
- Baxış: 140