• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1257
— 29.09.2023 19:40

Narkotiklərin satışı ilə məşğul olan daha 3 nəfər saxlanılıb

KepezTV Player

Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt sakini əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramin Cəlilov, 1995-ci il təvəllüdlü Bəxtiyar Eliyasov və 1966-cı il təvəllüdlü Samir Sultanov saxlanılıblar. Onların üzərindən 2 kiloqrama yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Araşdırmalarla müəyyən edilib ki, R.Cəlilov, B.Eliyasov və S.Sultanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.