KepezTV Player
Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminat proqramı davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclasında həmin kateqoriyalardan olan vətəndaşlara bu il daha 750, postmüharibə dövründə 5 250, ümumilikdə ötən dövrdə 14 050 mənzil və fərdi ev təqdim olunduğu qeyd olunub. Yeni mənzil və fərdi evlərin təqdim edilməsi tədbirlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyi bildirilib.
- Baxış: 299