KepezTV Player
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar. Vətənpərvərliyi, milli dövlətçiliyə sədaqəti və xalqımızın mədəni-mənəvi dəyərlərinə xüsusi ehtiramının Qənirə Paşayevaya Azərbaycan cəmiyyətində həqiqi nüfuz qazandırdığı vurğulanır. Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin yüksək kürsülərdən dünyaya çatdırılması üçün var qüvvəsini səfərbər etdiyi vurğulanıb. "Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Qənirə Ələsgər qızı Paşayevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq", - deyə nekroloqda qeyd edilib.
- Baxış: 248