• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1462
— 29.09.2023 11:53

"Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsi onların könüllü qərarıdır"

KepezTV Player

Hazırda Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan ərazisini tərk etməsi onların könüllü və fərdi qərarıdır. Biz onları çoxmillətli Azərbaycanın tərkibində qalmağa və bir hissəsi olmağa çağırdıq. Baxın, Azərbaycan hakimiyyəti son bir neçə gündə nə edir - hər cür humanitar yardım, zəruri mallar, dərmanlar çatdırır, yanğınsöndürən maşınlar göndərir, biz artıq gecə-gündüz elektrik təchizatı qurmuşuq. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində deyib. “Azərbaycanı tərk edən ermənilər geri qayıda biləcəklər. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda baş verdiyi iddia edilən qondarma “etnik təmizləmə” ilə bağlı bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.”, - deyə Elçin Əmirbəyov bildirib.