• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1068
— 29.09.2023 11:19

iOS 17-nin stabil versiyası istifadəyə verilib

Bir neçə ay ərzində olmuş beta testlərdən sonra Apple şirkəti iOS 17 əməliyyat sisteminin stabil versiyasını istifadəyə verib. iOS-in istifadəyə verilmiş yeni versiyası bir neçə yeni funksiyanı əldə edib. Onların arasında smart ekran rejimi, interaktiv vidjetlər, stop kadr üzrə vizual axtarış, Safari brauzerində profillər imkanı və s. var. Beləliklə iOS 17-də reallaşdırılmış əsas yeniliklərdən biri də smart ekran rejimidir. Sözügedən rejim StandBy adını əldə edib. Bu funksiya iPhone-ları smart ekrana çevirir. Smartfon üfüqi şəkildə yerləşdirildikdə və ona şarj cihazı qoşulduqda smartfon ekranında smart ekrandakı kimi hava proqnozu, bildirişlər və digər məlumatlar əks olunacaq.

Bu rejimdə həmçinin Siri səsli köməkçisini işə salmaq olar. iOS 17-də daha bir yenilik vidjetlər ilə bağlıdır. Bundan sonra istifadəçi bu və ya digər tətbiqi işə salmadan onu vidjetlər vasitəsilə idarə edə biləcək. Məsələn istifadəçi Home adlı vidjeti yaradandan sonra otaqdakı termostat parametrlərini və ya işıqlandırma sisteminin parlaqlığını müvafiq tətbiqə daxil olmadan dəyişə bilər. Əməliyyat sistemində reallaşdırılmış yeni maraqlı funksiyalardan biri vizual axtarışdır. Bu funksiya foto və ya videodakı hər hansısa obyektin internetdə axtarışını reallaşdırmağa imkan verir.

Safari brauzerinin iOS versiyası bir neçə profilin istifadəsini dəstəkləyir. Hər bir profilin öz baxış tarixçəsi, qovluqlar qrupu və cookie faylları olacaq. Brauzerdən istifadə edən zaman istifadəçi profillər arasında sürətli keçidi reallaşdıra biləcək. Bununla belə daha öncəki profildə yerinə yetirilmiş əməliyyatlar olduğu kimi qalacaqlar. Safari-nin axtarış sistemi daha da yaxşılaşdırılıb. Şirkət AirDrop tətbiqini də unutmayılb. Bundan sonra iki iPhone modelinin bir-birinə yaxınlaşdıranda onlar arasında müxtəlif faylların mübadiləsini reallaşdırmaq olar. iOS 17-nin stabil versiyası iPhone 14 seriyası, iPhone 13 seriyası, iPhone 12 seriyası, iPhone 11 seriyası, iPhone XsiPhone Xs Max və iPhone SE (2020 və 2022) modelləri üçün istifadəyə verilib. iPhone 15 seriyasına daxil olan smartfonlar da qutudan iOS 17 vasitəsilə çalışacaqlar.