3 il öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti təxribatı zamanı başlayan Vətən müharibəsi zamanı şəhid olanların əziz xatirəsi Naftalanda da yad edilib. Uzun illər düşmən tapdağı altında olan torpaqlarımızı yağı düşməndən azad edərkən canından keçən vətən oğullarının ruhu, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ucaldılan Memorial Xatirə Kompleksində şad olub. Tədbirdə iştirak edən ŞİH-nin başçısı Vüqar Novruzov, hüquq mühafizə orqanlarının və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, şəhər ictimaiyyəti nümayəndələri kompleksi ziyarət edərək qarşısına gül dəstələri düzüb. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Anım günündə Naftalanda ağacəkmə aksiyası keçirilib, şəhər ərazisində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vüsalə Cənnətova
- Baxış: 208