• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1767
— 27.09.2023 15:39

"3 il ərzində Ermənistan Azərbaycanın uzadılan əlini geri itələdi"

İşğal dövründə torpaqlarımızın viran edilməsi, şəhər və kəndlərimizin yerlə-yeksan edilməsinə baxmayaraq torpaqlarımızın azad edilməsindən dərhal sonra Azərbaycan Prezidenti sülh çağırışı etdi. Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, sülh istiqamətində son 3 il ərzində atılan bütün addımlar Azərbaycan tərəfindən edilib. "Ancaq biz şahid olduq ki, 3 il ərzində Ermənistan və onun qurduğu qurama təsisatlar bir qədər özlərinə gələndən sonra himayədarlarının dəstəyi ilə Azərbaycan tərəfindən uzadılan əli geri itələdi, yenə siyasi və hərbi təxribatlara üz tutdu. Azərbaycanın çağırışları nəticə vermədiyi üçün antiterror tədbirləri keçirməyə məcbur oldu. Əgər 3 il əvvəl Azərbaycan öz ərazi bütövlüyüтü bərpa etmişdisə, 20 sentyabr tarixində öz suverenliyini tam bərpa etdi", - deyə nazir qeyd edib.